Təhsil 365 - Logo Mobile

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

16307.09.2026 - 10:05
BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb.

“Tehsil365” xəbər verir ki, 2026/2027-ci tədris ili üzrə Bakı Dövlət Universitetinə (BDU) 600-dən yuxarı bal toplayaraq qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb.

Belə ki, 600-dən yüksək balla BDU-ya qəbul olan 504 nəfərdən:

396-sı “Hüquqşünaslıq”,
28-i “Biotexnologiya”,
20-si “Dövlət və ictimai münasibətlər”,
19-u “Riyaziyyat müəllimliyi”,
15-i “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”,
14-ü “Psixologiya”,
4-ü “Riyaziyyat”,
2-si “Kompüter elmləri”,
2-si “Kimya müəllimliyi”,
1-i “Biologiya müəllimliyi”,
1-i “Biologiya”,
1-i “Beynəlxalq münasibətlər”,
1-i “Təhsildə sosial-psixoloji xidmət” ixtisasını seçib.

Amin Cavayev

Новостная лента

На данный момент новостей в ленте нет...