Təhsil 365 - Logo Mobile

ABŞ-nin Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü keçirilib

14309.09.2026 - 08:32
ABŞ-nin Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində “Meet & Greet” adlı şəbəkələşmə tədbiri keçirilib.

“Tehsil365” xəbər verir ki,40-a yaxın azərbaycanlı gəncin iştirak etdiyi görüşün rəsmi çıxışları zamanı Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Cavid İsmayılov və ASAP-ın idarə heyətinin üzvü MirGünay Bayramova ölkəmizi beynəlxalq arenada təmsil edən Azərbaycan gəncliyinin inkişafı, dövlət gənclər siyasəti çərçivəsində görülən işlər, eləcə də ABŞ-də təhsil alan azərbaycanlı gənclərin layiqli təmsilçiliyi barədə danışıblar.

O cümlədən, ASAP Nyu-York nümayəndəsi Elman Gözəlov təşkilatın fəaliyyəti, dəstək mexanizmləri, eləcə də gələcək aylarda həyata keçirilməsi planlaşdırılan layihələri barədə məlumat verib.

Daha sonra tədbir iştirakçılar arasında şəbəkələşmə sessiyası ilə davam edib.


Ləman Rəhimli

Новостная лента

На данный момент новостей в ленте нет...