Təhsil 365 - Logo Mobile

Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirən 22 tələbə

18009.09.2026 - 11:45
Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirən 22 tələbə

2025/2026-cı tədris ilində Azərbaycan Universitetini 22 tələbə fərqlənmə diplomu ilə bitirib.

Universitetdən “Tehsil365”ə bildirilib ki, fərqlənmə diplomu ilə bitirən tələbələrdən 3 nəfəri bakalavriat, 19 nəfəri isə magistratura səviyyəsi üzrə təhsil alıb.

Bakalavriat üzrə fərqlənmə diplomu alan məzunlar arasında beynəlxalq ticarət və logistika, politologiya, filologiya (ingilis dili və ədəbiyyatı) ixtisaslarının tələbələri yer alır. Magistratura səviyyəsində isə Azərbaycanın qədim və orta əsrlər tarixi, Azərbaycanın yeni və ən yeni tarixi, həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş, gənclərlə iş, kompüter mühəndisliyi, vergi və vergiqoyma, MBA (Menecment üzrə) kimi ixtisaslaşma və istiqamətlər üzrə məzunlar fərqlənmə diplomuna layiq görülüblər.

Amin Cavayev

Новостная лента

На данный момент новостей в ленте нет...