Təhsil 365 - Logo Mobile

“48 məktəbdə hibrid təhsil modeli tətbiq olunacaq“ - Eşqi Bağırov

15211.09.2026 - 09:20
“48 məktəbdə hibrid təhsil modeli tətbiq olunacaq“ - Eşqi Bağırov

"Ötən tədris ilində 8 müəssisədə hibrid təhsil modeli tətbiq edilib".

 “Tehsil365” xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

O qeyd edib ki, bu model nəticəsində ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı ən yüksək səviyyədə həyata keçirilib:

"Bu model çərçivəsində kadr təminatı mümkün olmayan məktəblərdə yüksək nəticələri ilə seçilən müəllimlər distant təhsil vasitəsilə həmin məktəblərdə onlayn formada tədrisə cəlb edilir. Yeni tədris ilindən etibarən bu məktəblərin sayı da 48-ə çatdırılacaq".

Amin Cavayev

Новостная лента

На данный момент новостей в ленте нет...