Təhsil 365 - Logo Mobile

Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar

14611.09.2026 - 11:50
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar

Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri bu gün Qarabağ Universiteti ilə tanış olublar.

“Tehsil365” Report-a istinadən xəbər verir ki, onlar ali təhsil müəssisəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ikigünlük səfərləri çərçivəsində ziyarət ediblər.

Rektor Şahin Bayramov diplomatlara Qarabağ Universitetinin fəaliyyəti barədə məlumat verib.

Qeyd edək ki, hazırda bu ali təhsil müəssisəsində 3 minə yaxın tələbə təhsil alır.

Amin Cavayev

Новостная лента

На данный момент новостей в ленте нет...