Təhsil 365 - Logo Mobile

“Royal Məmmədov” yük gəmisinə PUA hücumu Ölənlər var

6405.10.2026 - 17:26
“Royal Məmmədov”  yük gəmisinə  PUA hücumu Ölənlər var

Mübariz Mənsimova məxsus şəhid adı daşıyan “Royal Məmmədov” yük gəmisinin Ruminiya sahillərində PUA hücumuna məruz qaldı

“Tehsil365” “Bakupost” a istinadən xəbər verir ki, gəminin heyəti ümumilikdə 13 nəfərdən ibarət olub. Onlardan 11-i Azərbaycan, 2-si isə Hindistan vətəndaşıdır.

Məlumata görə, gəmiyə iki PUA ilə hücum edilib. Dronlardan biri gəminin kapitan körpüsünə – idarəetmə məntəqəsinə, digəri isə mətbəx hissəsinə zərbə endirib.

Hücum nəticəsində gəminin kapitanı və aşpazı həlak olub. Kapitanın adının Rüstəm olduğu bildirilir.

Onun meyitini gəmidən çıxarmaq mümkün olsa da, Masallı sakini olan aşpazın cəsədini xilas etmək mümkün olmayıb. Aşpazın meyiti zərbə alan və sonradan batan gəmidə qalıb.

Hadisə zamanı xəsarət alan heyət üzvlərindən 8-i hazırda xəstəxanada müalicə olunur. Digərləri ilkin tibbi müayinədən sonra xəstəxanadan buraxılıblar.

Məlumata görə, “Palmali” Şirkətlər Qrupunun rəhbərliyi hazırda hadisə yerindədir.

Ayətil Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...