Təhsil 365 - Logo Mobile

ADU və Ege Universiteti arasında Türk dünyası üzrə birgə layihələr müzakirə olunub

2706.10.2026 - 18:36
ADU və Ege Universiteti arasında Türk dünyası üzrə birgə layihələr müzakirə olunub

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli Ege Universitetinin rektoru Prof. Dr. Musa Alcı ilə görüşüb.

“Tehsil365”xəbər verir ki, görüş zamanı Cəlal İbrahimli Mərkəzin fəaliyyəti, Türk dünyasının elmi, mədəni və tarixi irsinin araşdırılması istiqamətində həyata keçirilən layihələr və beynəlxalq əməkdaşlıq əlaqələri barədə məlumat verib.

Görüşdə Cəlal İbrahimli Ege Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Prof. Dr. Atıf Akgün ilə keçirdiyi görüşün əsas məqamlarını da rektorla bölüşüb.

Bildirilib ki, görüşdə iki Mərkəz arasında elmi əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədqiqatların aparılması, elmi tədbirlərin təşkili və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Bu istiqamətdə “Türk Dünyası Əl Kitabı”, “Kaşqarlı Mahmud və Türk Dünyası”, “Türk Dünyasında Şeir”, “Türk Dünyasında Film, Dil və Tərcümə”, “Türk Dünyası Birliyi” və “Heydər Əliyev və Türk Dünyası” layihələrinin birgə həyata keçirilməsi imkanları nəzərdən keçirilib.

Fidan Abışova

Новостная лента

На данный момент новостей в ленте нет...