Təhsil 365 - Logo Mobile

BDU-da süni intellekt təlimi keçirilib

2109.10.2026 - 18:50
BDU-da süni intellekt təlimi keçirilib

Bakı Dövlət Universitetində (BDU) professor-müəllim heyəti və struktur bölmələrin əməkdaşları üçün “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” mövzusunda təlim keçiriləcək.

“Tehsil365” xəbər verir ki, BDU-nun Magistratura şöbəsinin müdiri Səbuhi Talıbov tərəfindən keçiriləcək təlimdə süni intellekt texnologiyalarının ali təhsildə tətbiqi, tədris prosesinin təşkili və idarə olunmasında yaratdığı yeni imkanlar müzakirə olunacaq.

Təlim çərçivəsində süni intellekt alətlərindən istifadə etməklə dərs planlarının, sillabusların, mühazirə materiallarının və qiymətləndirmə tapşırıqlarının hazırlanması, interaktiv və tələbəyönümlü metodların tətbiqi, tələbələrin fərdi öyrənmə ehtiyaclarının nəzərə alınması ilə bağlı praktik yanaşmalar təqdim ediləcək.

Eyni zamanda dərs yükünün və cədvəllərin optimallaşdırılması, akademik göstəricilərin monitorinqi, tələbə nailiyyətlərinin təhlili və inzibati proseslərin avtomatlaşdırılmasında süni intellektin tətbiqi imkanları nəzərdən keçiriləcək. Təlimdə akademik dürüstlük və informasiya təhlükəsizliyi məsələlərinə də xüsusi diqqət yetiriləcək.

Professor-müəllim heyəti üçün:

19 oktyabr 2026, saat 12:00

BDU, 1 saylı tədris binası, 710-cu auditoriya

İnzibati heyət üçün:

21 oktyabr 2026, saat 12:00

BDU, 1 saylı tədris binası, 710-cu auditoriya

İştirak üçün qeydiyyat: https://docs.google.com/forms/d/e/1FAIpQLSdbPBW3WiRUFos7uOXIORNHT6tsFbTn08f-41f2gD9xgg8yxQ/viewform

Fidan Abışova

Новостная лента

На данный момент новостей в ленте нет...