Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun psixoloqu Vasif Bəşirov Tələbə Evində məskunlaşan tələbələr üçün “Adaptasiya” mövzusunda təlim keçib.
“Tehsil365”xəbər verir ki, təlimin məqsədi tələbələrin universitet mühitinə, yeni sosial münasibətlərə və yaşayış şəraitinə uyğunlaşmasına dəstək olmaq olub.
Təlim zamanı adaptasiya anlayışı, yeni sosial münasibətlərin qurulması, stres və emosional gərginliyin idarə olunması, özünəinamın artırılması və psixoloji dayanıqlılığın formalaşdırılması müzakirə edilib.
Tələbələrə adaptasiya dövründə yaranan çətinliklərin normal və keçici olduğu izah olunub, gündəlik həyatın və təhsil prosesinin səmərəli təşkili ilə bağlı praktik tövsiyələr verilib. İnteraktiv formatda keçirilən görüşdə tələbələrin sualları cavablandırılıb.

