Təhsil 365 - Logo Mobile

ADU-da türk universiteti görüşü keçirilib

2309.10.2026 - 19:10
ADU-da türk universiteti görüşü keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və fransız dilləri fakültəsində Türkiyənin Fırat Universitetinin nümayəndələrinin iştirakı ilə görüşlər və açıq dərslər keçirilib.

“Tehsil365 “xəbər verir ki, səfər akademik əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinə və tələbələrin peşəkar hazırlığının gücləndirilməsinə yönəlib.

Səfər çərçivəsində Fırat Universitetinin nümayəndələri ADU-nun fakültə dekanları ilə görüşüblər. Görüşdə ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları, akademik təcrübə mübadiləsi və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

Fırat Universitetinin nümayəndəsi dosent Suheyla Demirkol Orak fakültənin III kurs tələbələri üçün “İngilis dilinin tədrisi metodikası” fənni üzrə dərs keçib. Dərsdə ingilis dilinin tədrisi ilə bağlı metodik yanaşmalar və müasir pedaqoji təcrübələr ətrafında müzakirələr aparılıb.

Fidan Abışova

Новостная лента

На данный момент новостей в ленте нет...