Təhsil 365 - Logo Mobile

ADU-da Hanqıl Günü tədbiri baş tutub

2209.10.2026 - 19:15
ADU-da Hanqıl Günü tədbiri baş tutub

Oktyabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) Koreya Araşdırmalar Mərkəzinin təşkilatçılığı və Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Hanqıl Gününə həsr olunmuş tədbir keçirilib.

“Tehsil365”xəbər verir ki, açılışda Tərcümə fakültəsinin dekanı, professor Bənövşə Məmmədova iştirakçıları salamlayıb.

Tədbir çərçivəsində Koreya dilini öyrənən tələbələr arasında müsabiqələr keçirilib. I kursların gözəl yazı müsabiqəsində Azərbaycan bölməsi üzrə Tağızadə Nuray və Hüseynli Fatimə, rus bölməsi üzrə Bağırova Fatimə və Əzizova Məryəm fərqlənib. II kursların esse müsabiqəsində Məmmədova Yaqut I, Qasımova Mədinə II yerə layiq görülüb. III kursların danışıq müsabiqəsində Fidan Sultanlı və Röya Zeynallının komandası I, Nəzrin Zamanzadə və Nigar Yaraliyevanın komandası II olub. IV kursların şifahi tərcümə müsabiqəsində Məmmədov Aqşin I, Əfəndiyeva Aydan II yeri qazanıb.

Qaliblər Şərq dillərinin tərcüməsi kafedrasının müdiri dosent Nilufər Məmmədzadə və Koreya Araşdırmalar Mərkəzinin rəhbəri Günel Abasova tərəfindən mükafatlandırılıb.

Tədbirdə tələbələr Koreyanın milli geyimi hanboku geyinib, kalliqrafiya nümunələri ilə tanış olub və Koreya kitab sərgisini ziyarət ediblər.

Fidan Abışova

Новостная лента

На данный момент новостей в ленте нет...