Təhsil 365 - Logo Mobile

ADU Mərkəzində ADA görüşü keçirilib

2209.10.2026 - 19:25
ADU Mərkəzində ADA görüşü keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Macarıstanda Eötvös Loránd Universitetində (ELTE) fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində görüş keçirilib.

“Tehsil365” xəbər verir ki, ADA Universitetinin dosenti Dr. Anar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzin rəhbəri Fərqanə Bayramlı ilə görüşüb.

Görüşdə ADA-nın Dövlət İdarəetməsi üzrə İcraçı Magistr proqramının tələbələri iştirak edib.

Mərkəzin rəhbəri Fərqanə Bayramlı qonaqlara Mərkəzin fəaliyyəti, Azərbaycan dilinin və mədəniyyətinin Macarıstanda təbliği, eləcə də Azərbaycan-Macarıstan akademik və mədəni əlaqələrinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.

Görüş qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli olub.

Fidan Abışova

Новостная лента

На данный момент новостей в ленте нет...