Təhsil 365 - Logo Mobile

ADU-da Qafqaza həsr edilmiş seminar keçirilib

2309.10.2026 - 19:28
ADU-da Qafqaza həsr edilmiş seminar keçirilib

Oktyabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) IV Beynəlxalq Türk dili və ədəbiyyatının tədrisi simpoziumu çərçivəsində seminar keçirilib.

“Tehsil365 “xəbər verir ki, “Dillərin və mədəniyyətlərin qovşağı Qafqaz: tarixin perspektivləri” mövzusundakı seminar Iğdır Universitetinin Kafkasiya Çalışmaları Mərkəzi ilə ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Açılışda fakültənin dekanı, professor İbrahim Kazımbəyli Qafqazın müxtəlif xalqların dillərinin və mədəniyyətlərinin qovuşduğu region olduğunu vurğulayıb.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Zəngəzur dəhlizi və Türk dünyasının ortaq mədəni mühiti” mövzusunda çıxış edərək dəhlizin yalnız nəqliyyat layihəsi olmadığını, həm də Türk dünyasını birləşdirən strateji xətt olduğunu bildirib.

Iğdır Universitetinin təmsilçisi Aynur Beşkonak “Kafkasiya: etnik çeşidlilikdən strateji ortaqlığa” mövzusunda, ADU-nun baş müəllimi Aygün Soltanzadə isə “Türkiyə və Cənubi Qafqazda müasir mədəni əlaqələr” mövzusunda məruzə ilə çıxış edib.

Seminarda TİKA və Yunus Əmrə İnstitutunun mədəni diplomatiya sahəsindəki rolu xüsusi qeyd olunub.

Fidan Abışova

Новостная лента

На данный момент новостей в ленте нет...