Oktyabrın 7-də Bakı Dövlət Universitetinin (BDU) Keyfiyyət Təminatı Mərkəzinin təşkilatçılığı ilə “Liderlik və idarəetmə bacarıqları” mövzusunda təlim keçirilib.
“Tehsil365” xəbər verir ki, təlimdə Azərbaycan Dillər Universitetinin (ADU) Keyfiyyətin Təminatı və Monitorinq Şöbəsinin əməkdaşları da iştirak ediblər.
BDU rektorunun müşaviri Asiman İlyasovun apardığı təlimin məqsədi liderlik və idarəetmə kompetensiyalarının inkişafı, effektiv idarəetmə yanaşmaları, kommunikasiya və qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi olub.
Təlimdə müasir liderlik nəzəriyyələri, komandanın formalaşdırılması, effektiv kommunikasiya, konfliktlərin idarə olunması kimi mövzular praktiki nümunələr və interaktiv müzakirələr vasitəsilə təqdim olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb və biliklərin peşəkar fəaliyyətə tətbiqi müzakirə edilib.

