Təhsil 365 - Logo Mobile

Azərbaycan Dünya Mədəniyyətləri Festivalında təmsil olunub

7811.10.2026 - 14:12
Azərbaycan Dünya Mədəniyyətləri Festivalında təmsil olunub

Türkiyənin paytaxtı Ankarada keçirilən 4-cü Dünya Mədəniyyətləri Festivalında Azərbaycan zəngin mədəniyyəti, milli geyimləri və incəsənət nümunələri ilə təmsil olunub.

“Tehsil365” "Report"un Türkiyə bürosuna istinadən xəbər verir ki, festivalda 72 ölkənin diplomatik nümayəndəlikləri, səfirliklər və mədəniyyət mərkəzləri iştirak edib.

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin stendində ölkənin tarixi və mədəniyyətinə dair nəşrlər, milli suvenirlər, xalçalar, kəlağayılar və əl işləri nümayiş etdirilib. Ziyarətçilərə milli şirniyyatlar təqdim olunub.

Festival çərçivəsində "Zəngəzur" rəqs ansamblı Azərbaycan milli rəqslərini ifa edib. Həmçinin Bakı Geyim Evinin "Tarixi Azərbaycan geyimləri" moda dəfiləsi keçirilib. Dizayner Ləman Qulamovanın kolleksiyasını türk tələbələr nümayiş etdiriblər. Ankarada fəaliyyət göstərən "Buta" restoranı isə qonaqlara Azərbaycan mətbəxinin nümunələrini təqdim edib.

İki gün davam edən festivalda müxtəlif ölkələrin musiqisi, rəqsləri, milli geyimləri və mətbəxi nümayiş olunur.

Asyat Abdurahmanova

Новостная лента

На данный момент новостей в ленте нет...