Təhsil 365 - Logo Mobile

Məktəbdə atışmadan sonra 14 yaşlı yeniyetmə saxlanılıb

8512.10.2026 - 12:55
Məktəbdə atışmadan sonra 14 yaşlı yeniyetmə saxlanılıb

Fransanın Obon şəhərində yeniyetmə məktəbdə atəş açıb, nəticədə ümumtəhsil müəssisəsinin direktoru və müəllimlərindən biri yaralanıb.

“Tehsil365” xəbər verir ki, bu barədə Fransanın təhsil naziri Eduard Jeffrey "X" sosial şəbəkəsində məlumat verib.

Hadisə Obon şəhərindəki Lakanal orta məktəbində baş verib. İlkin məlumatlara görə, atəş açan şəxs həmin məktəbin 14 yaşlı şagirdidir. O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yerli medianın məlumatına görə, hücum ov tüfəngindən istifadə edilməklə törədilib.

Nilay Hüseynli

Новостная лента

На данный момент новостей в ленте нет...