Təhsil 365 - Logo Mobile

"Yandeks” vuruldu, Almaniyada “rus barmağı” ifşa oldu

7513.10.2026 - 11:32
"Yandeks” vuruldu, Almaniyada “rus barmağı” ifşa oldu

Ukraynanın Rusiyanın “Yandeks” şirkətinə məxsus məlumat mərkəzlərinə endirdiyi zərbələrdən sonra sosial şəbəkələrdə bəzi siyasi qüvvə və hərəkatlara dəstək kəskin azalıb.

“Tehsil365”Axar.az -a istinadən xəbər verir ki, bunu polşalı jurnalist və politoloq Yaroslav Volski X səhifəsində yazıb.

“Sosial şəbəkələrdə rusiyayönümlü ifrat sağçı Almaniya üçün Alternativ Partiyasına dəstək 56% azalıb. Sosial şəbəkələrdə həm ukraynalıları hədəf alan “polşalı hesablar”, həm də polyaklara qarşı yönəlmiş “ukraynalı hesablar”ın da sayı azalıb. Həmçinin ABŞ Prezidenti Donald Trampla əlaqəli MAGA siyasi hərəkatına da dəstək zəifləyib”, - o bildirib.

Volski bunu ironik şəkildə rus təsirindən təmizlənmiş internetin möcüzələri adlandırıb.

Fatimə Hümbətova

Новостная лента

На данный момент новостей в ленте нет...