Təhsil 365 - Logo Mobile

Dövlət qulluğuna qəbul imtahanına 1552 namizəd qeydiyyatdan keçib

3613.10.2026 - 19:35
Dövlət qulluğuna qəbul imtahanına 1552 namizəd qeydiyyatdan keçib

“Dövlət qulluğunda inzibati vəzifələr üzrə qəbul imtahanında iştirak etmək üçün 1552 namizəd qeydiyyatdan keçib”.

“Tehsil365” xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahan 2026-cı il oktyabrın 15-də keçiriləcək.

İmtahan dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupunu əhatə edəcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in elektron xidmətləri vasitəsilə əldə edə bilərlər. İmtahana gələn şəxslər şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini təqdim etməlidirlər.

İmtahan iki növbədə təşkil olunacaq. Birinci növbə saat 10:00-da, ikinci növbə isə saat 16:00-da başlayacaq. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

Xədicə Hüseyn

Новостная лента

На данный момент новостей в ленте нет...