Təhsil 365 - Logo Mobile

Qazaxda 12 yaşlı qızı avtomobil vurub, vəziyyəti ağırdır

8617.10.2026 - 12:48
Qazaxda 12 yaşlı qızı avtomobil vurub, vəziyyəti ağırdır

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Tehsil365” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kosalar kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21015" markalı minik maşını yolu keçmək istəyən 2014-cü il təvəllüdlü S.Xəlilovanı vurub.

Piyada dərhal xəstəxanaya çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Nilay Hüseynli

Новостная лента

На данный момент новостей в ленте нет...