Təhsil 365 - Logo Mobile

Qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib

10524.10.2026 - 10:20
Qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib

Tovuzda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib.

“Tehsil365” xəbər verir ki, hadisə Tovuz şəhərinin Xəqani küçəsində qeydə alınıb. Belə ki, sözügedən küçədə yerləşən hündürmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə 7 aylıq azyaşlı uşaq qapı bağlanaraq evdə qalıb.

Dərhal hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilas-ediciləri və təcili tibbi yardım briqadası cəlb olunub. Azyaşlı FHN əməkdaşları tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Məlumata görə, azyaşlının səhətində heç bir problem yoxdur.

Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Asyat Abdurahmanova

Новостная лента

На данный момент новостей в ленте нет...