Təhsil 365 - Logo Mobile

DİM: İmtahan nəticələri 3-4 günə elan olunacaq

3321.07.2024 - 08:40
DİM: İmtahan nəticələri 3-4 günə elan olunacaq

21 iyul 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirilib.

DİM-dən “Təhsil365”ə bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunub.

İmtahanda 1322 abituriyentin iştirakı nəzərdə tutulurdu.

İmtahanın idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 121 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.

İmtahanda yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin yaxın 3-4 gün ərzində elan olunması nəzərdə tutulur.

Elmina Muxtarlı

Haber akışı

Şu anda haber akışın da haber yok...