Təhsil 365 - Logo Mobile

Azərbaycan və Qazaxıstan TDT çərçivəsində dövlət qulluğunda testologiya sahəsində əməkdaşlığı möhkəmləndirir

3423.12.2024 - 18:40
Azərbaycan və Qazaxıstan TDT çərçivəsində dövlət qulluğunda testologiya sahəsində əməkdaşlığı möhkəmləndirir

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və Qazaxıstan Respublikasının Dövlət Qulluğu İşləri üzrə Agentliyi Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyəti çərçivəsində dövlət qulluğunda testologiya sahəsində təcrübə mübadiləsinin aparılması barədə razılığa gəliblər.

Tehsil365 bu barədə Qazaxıstanın Dövlət Qulluğu İşləri üzrə Agentliyin mətbuat xidmətinə istinadla xəbər verir.

Bu günlərdə Dövlət Qulluğu İşləri üzrə Agentliyin və Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşlarının iştirak etdiyi xüsusi təlim seminarı təşkil olunub. Təlim zamanı dəvət olunmuş məruzəçilər test tapşırıqlarının hazırlanması, qiymətləndirilməsi, təsnifatı və test sual banklarının formalaşdırılması üzrə nəzəri və praktiki təcrübəni təqdim ediblər.

Qeyd edək ki, TDT çərçivəsində üzv dövlətlərin səlahiyyətli orqanları arasında insan resurslarının idarə edilməsi sahəsində fəal qarşılıqlı əlaqə mövcuddur.

Elmina Muxtarlı

Haber akışı

Şu anda haber akışın da haber yok...