Təhsil 365 - Logo Mobile

“İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr edilib

5917.08.2023 - 05:55
“İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr edilib

Dövlət İmtahan Mərkəzi V ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr edib.

Bu barədə "T'əhsil365"ə DİM-dən bildirilib.

“Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada V ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub. 

Kitabçanın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/ 

Nəzərinizə çatdırırıq ki, I və IV ixtisas qrupları üzrə müvafiq kitabçalar apellyasiya prosesi ilə əlaqədar avqustun 18-dək çap ediləcək.

Elmina Muxtarlı

Haber akışı

Şu anda haber akışın da haber yok...