Təhsil 365 - Logo Mobile

İnstaqramda problem yarandı

3715.01.2025 - 18:40
İnstaqramda problem yarandı

Dünya üzrə instaqram sosial şəbəkəsinin işində problem yaranıb.

Tehsil365 xəbər verir ki, bu barədə “Downdetector” səhifəsi məlumat yayıb.

Qeyd olunub ki, istifadəçilər tətbiqin işləməməsindən, serverə giriş problemlərindən şikayət edir.

Nasazlıqdan xüsusilə ABŞ, Braziliya, Böyük Britaniya, Kanada, Niderland və Fransanın sosial şəbəkə istifadəçiləri şikayətçidirlər.

Qeyd edək ki, mövcud problem platformanın Azərbaycan seqmentində  qeydə alınmayıb.

Elmina Muxtarlı

Haber akışı

Şu anda haber akışın da haber yok...