Təhsil 365 - Logo Mobile

"Səmanı seçən pilotlar" - ŞEİR

6518.01.2025 - 16:40
"Səmanı seçən pilotlar" - ŞEİR

Qəhrəman pilotlarımızın əziz xatirəsinə həsr olunmuş "Səmanı seçən pilotlar" adlı təsirli şeir Təranə Cəbiyevanın qələmindən.

“Tehsil365” həmin şeiri təqdim edir.

Səmanı seçən pilotlar

Sözün bitdiyi o gün

Gözümüz nəmləndi o gün,

Dedik bəlkə gələr, xoş gün,

Olmarıq pərişan, üzgün.


Kimsə bilmədi səhər,

Hamımızı tutacaq qəhər ,

Kaş yalan olardı xəbər,

Bürünərdi şəfəqə göylər.


Ancaq nə edək, oldu olan,

Qara buludları yaran,

Yaşamağa haqqı olan,

Həlak oldu üç qəhrəman!


Gülər üzlü o mələkdi,

Görən dedi Hokümədi.

O qorxu nədir, bilmədi

Tək, yaxşı olacaq dedi!


Sənətinə çox bağlıydı,

Göydə, şahin tək uçardı

İndi gülən o Saşadan,

Butun dünyadır danışan.


Sevilən İqor kapitan

Həm ataydı, həm komandan.

İndi hamını yandıran,

Son uçuşundu, kapitan!


Sükuta qərq olub yaman

Laldır, danışmır xiyaban,

Sən burda ayaq saxlasan,

Səs boğular, göz yaşından!


Dünya dedi, üç xilaskar.

Adınız əbədi yaşar!

Vətən də sizlə öyünər,

Vətənə sadiq əsgərlər!


Baxırıq qəmgin göylərə,

Əlimizsə yetmir sizlərə,

Adinı tarixə yazdıran,

İgid, cəsur üç qəhrəman!

Cənnət sizə məkan olar,

Səmanı seçən pilotlar,

Səmanı seçən pilotlar!


Təranə Cəbiyeva

Elmina Muxtarlı

Haber akışı

Şu anda haber akışın da haber yok...