Təhsil 365 - Logo Mobile

Dövlət qulluğuna imtahan keçirilir

3923.01.2025 - 07:00
Dövlət qulluğuna imtahan keçirilir

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid  BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.

Bu barədə “Tehsil365”ə DİM-dən məlumat verilib.

Mərkəzdən bildirilib ki, imtahanlar iki növbə olmaqla elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.

İmtahanlar saat 11:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əsli;

“İmtahana buraxılış vərəqəsi".

Elmina Muxtarlı

Haber akışı

Şu anda haber akışın da haber yok...