İndiyədək təxminən 5 min nəfər Erasmus layihəsi çərçivəsində xaricdə təhsil alıb.
Tehsil365 xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Azərbaycan Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov deyib.
O bildirib ki, hər il demək olar ki, minə yaxın şəxs Erasmus layihələrində iştirak imkanı əldə edir:
“Onlardan neçəsinin xaricə getdiyini demək çətindir, çünki müxtəlif səbəblərdən – viza, pasport və s. gedə bilməyənlər olur. Onu müşahidə edirəm ki, Azərbaycanda Erasmus proqramından istifadə edən tələbələrin 90-95 faizi geri qayıdıb burada işə davam edirlər. Səbəbi odur ki, hazırda Avropada miqrasiya ilə bağlı ciddi problemlər var. İş yerlərinin azlığı, miqrantların sayının get-gedə çoxalması və s. gənclərin Azərbaycana qayıdıb burada işləməsinə səbəb olur”.