Təhsil 365 - Logo Mobile

"ChatGPT" yeni funksiyalar əlavə edəcək - PULSUZ rejimə keçir

2814.02.2025 - 17:19
"ChatGPT" yeni funksiyalar əlavə edəcək - PULSUZ rejimə keçir

"OpenAI" şirkətinin "ChatGPT-5" modeli bütün istifadəçilər üçün pulsuz olacaq və standart intellekt gücünə qeyri-məhdud girişi təmin edəcək.

“Tehsil365” xəbər verir ki, bu barədə şirkətin rəhbəri Sem Altman özünün "X" hesabından bildirib.

Pulsuz girişdən əlavə, "ChatGPT-5" bir sıra əhəmiyyətli təkmilləşmələr gətirəcək.

Model səsli söhbət, sənədlərin birgə redaktəsi, internetdə məlumat axtarışı və süni intellekt agenti funksiyalarını dəstəkləyəcək. Bu, istifadəçilərə süni intellektlə daha səmərəli qarşılıqlı əlaqə qurmağa və geniş spektrli tapşırıqları həll etməyə imkan verəcək.

Altman həmçinin qeyd edib ki, "GPT-5" artıq "o3" modelində istifadə olunan dərin mühakimə texnologiyasının tətbiqindən əvvəlki son model olacaq. Bu o deməkdir ki, gələcəkdə istifadəçilər modellər arasında keçid etməli olmayacaq və vahid sistem çərçivəsində "OpenAI"ın bütün qabaqcıl imkanlarından istifadə edə biləcəklər.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...