Təhsil 365 - Logo Mobile

"Sənmisən sevdadan alışıb-yanan?" - Şeir

8818.02.2025 - 10:20
"Sənmisən sevdadan alışıb-yanan?" - Şeir

Azərbaycan dili və ədəbiyyat müəllimi Simuzər Paşayeva “Sənmisən” şeirini bizimlə bölüşüb.

Tehsil365” həmin şeiri təqdim edir:

“Sənmisən”

Bir məsum qadının ahı, naləsi,
Sənmidin özünü mənə tay tutan?
Vurulmuş qəlbimin böyük qəlpəsi,
Sənmisən sevdadan alışıb-yanan?

İslanmış xəyalın qırıq çətiri,
Sənmidin gecələr adımı anan?
Hüzurlu anların kəskin qənimi,
Sənmisən sevdadan alışıb-yanan?

Bax, indi oxunur həsrət nəğməsi,
Sənmidin mənimlə xəyala dalan?
Qulaq as! Bağırma! Eşqin fitnəsi,
Sənmisən sevdadan alışıb-yanan?

Paşayeva Simuzər

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...