Təhsil 365 - Logo Mobile

"DeepSeek" istifadəçilərin şəxsi məlumatlarını Çinə ötürüb

2719.02.2025 - 18:05
"DeepSeek" istifadəçilərin şəxsi məlumatlarını Çinə ötürüb

Çinin süni intellekt startapı tərəfindən hazırlanmış "DeepSeek" çatbotu ölkədəki istifadəçilərin məlumatlarını üçüncü tərəfə - "TikTok"un sahibi olan "ByteDance Ltd" şirkətinə ötürüb.

“Tehsil365” xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Cənubi Koreyanın Şəxsi Məlumatların Mühafizəsi Komissiyası (PIPC) ölkədə "DeepSeek"in yüklənməsinə müvəqqəti məhdudiyyət qoyulduğunu elan edib. Bu, tətbiqin məlumatları toplaması ilə əlaqədar narahatlıqlarla bağlıdır.

Qeyd olunur ki, ilk dəfədir, rəsmi tənzimləyici "DeepSeek"də istifadəçi məlumatlarının üçüncü tərəfə potensial sızmasını təsdiqləyib.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...