Təhsil 365 - Logo Mobile

Könüllülüyün tarixi: Qədim köklərdən müasir hərəkatadək

11025.02.2025 - 13:56
Könüllülüyün tarixi: Qədim köklərdən müasir hərəkatadək

Könüllülük fəaliyyəti qədim dövrlərdən bəri mövcuddur. Qədim Misir, Yunanıstan və Romada insanlar bir-birinə qarşılıqlı yardım edir, xeyriyyəçiliklə məşğul olurdular. Orta əsrlərdə isə kilsə və monastırlar ehtiyacı olanlara yardım əlini uzadırdı.

"Tehsil365"in məlumatına görə, 1859-cu ildə İsveçrəli iş adamı Anri Dünan Solferino döyüşünün dəhşətli mənzərələrini görərək yaralılara yardım etmək qərarına gəlir. Tibbi biliyi olmasa da, o, könüllülər qrupu təşkil edərək yaralıları sarğı ilə təmin edir, onlara yemək və su çatdırırdı. Dünan bu təcrübələrini “Solferino döyüşü haqqında xatirələr” adlı kitabında qələmə alaraq yaralılara yardım üçün könüllü cəmiyyətlərin yaradılmasını təklif etdi.

Kitab geniş əks-səda doğurdu və onun ideyaları həyata keçməyə başladı. 1863-cü ilin fevralında Cenevrədə könüllü cəmiyyətlərin təşkilini hədəfləyən “Beşlər komitəsi” yaradıldı. Bu təşəbbüs sonradan “Yaralılara kömək Beynəlxalq Komitəsi”nin – bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı kimi tanınan qurumun yaranmasına gətirib çıxardı.

Beləliklə, könüllülük fəaliyyəti tarix boyu müxtəlif formalarda mövcud olmuş və zamanla qlobal hərəkat halını almışdır.

Elmina Muxtarlı

Haber akışı

Şu anda haber akışın da haber yok...