Təhsil 365 - Logo Mobile

Martın 18-i Çanaqqala şəhidlərini anma günüdür.

7718.03.2025 - 06:34
Martın 18-i Çanaqqala şəhidlərini anma günüdür.

Bu gün, eyni zamanda, "Çanaqqala zəfəri"nin 110-cu ildönümü qeyd edilir. Türkiyənin şanlı tarixində xüsusi yer tutan bu qələbə Osmanlı dövlətinin Türk əsgərinin rəşadətini dünyaya nümayiş etdirdiyi mühüm bir hadisədir.

Çanaqqala savaşlarında Osmanlı dövləti gözlədiyi müttəfiq yardımını ala bilmədi. 8 ay davam edən döyüşlər hər iki tərəf üçün böyük itkilərə səbəb oldu. Düşmən qüvvələri əvvəlcə Çanaqqalaya 70 min əsgər göndərsə də, sonradan bu say yarım milyona çatdırıldı. Onların 400 mini ingilis, 79 mini isə fransız ordusunun əsgərləri idi. İngilislər 115 min ölü, yaralı və əsir, üstəlik 90 min xəstə olmaqla ümumilikdə 205 min nəfər itirdilər. Fransızların itkiləri isə 47 min nəfərə çatdı.

Türk ordusu bu qələbəni 250 min əsgərin şəhid olması bahasına qazandı. Türkiyə Cümhuriyyətinin qurulmasından sonra parlamentin qərarı ilə hər il martın 18-i "Çanaqqala zəfəri" günü kimi qeyd edilir.

Bu döyüşlərdə 3 mindən çox azərbaycanlı əsgər də şəhid olub. Çanaqqala müharibəsi 1915-1916-cı illərdə Osmanlı dövləti ilə müttəfiq Avropa dövlətləri arasında aparılan dəniz və quru döyüşləri kimi tarixə düşüb. Avropa dövlətlərinin əsas məqsədi İstanbulu ələ keçirmək, boğazları nəzarət altına almaq və Rusiya ilə hərbi-ticarət yolunu açmaq idi. İlk hədəf kimi Çanaqqalaya daxil olan işğalçı qüvvələr türklərin sərt müqaviməti ilə üzləşərək geri çəkilməyə məcbur oldular.

Türk xalqının milli ruhunu və qəhrəmanlığını simvolizə edən Çanaqqala zəfəri, "Çanaqqalanı keçmək olmaz!" ifadəsini tarixə yazdı və Türk ordusunun şanlı mübarizəsini bütün dünyaya sübut etdi.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...