Təhsil 365 - Logo Mobile

"YouTube"un işində problem yaranıb

6220.03.2025 - 12:08
"YouTube"un işində problem yaranıb

"YouTube" istifadəçiləri tərəfindən platformada videoların keyfiyyətinin bütün dünya üzrə kəskin surətdə aşağı düşməsinə dair kütləvi şəkildə şikayət daxil olur.

“Tehsil365” xəbər verir ki, bu barədə "Android Authority" portalı şikayətlərə istinadən məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, videokontent aşağı keyfiyyətdə göstərilir.

"Reddit" forumundakı şikayətlərə əsasən, problem əsasən iOS cihazların, kompüterlərin və smart televizorların sahiblərinə təsir göstərib.

"YouTube" nümayəndələri problemin mövcud olduğunu təsdiqləyiblər və onun aradan qaldırılması üzərində iş apardıqlarını bildiriblər.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...