Təhsil 365 - Logo Mobile

Aprelin 6-da 33 mindən çox şəxs imtahan verəcək

8403.04.2025 - 10:33
Aprelin 6-da 33 mindən çox şəxs imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci il aprelin 6-da bir sıra imtahanlar keçiriləcək.

“Tehsil365” xəbər verir ki, DİM-in aprelin 6-da keçirəcəyi imtahanlar bunlardır:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Ağstafa, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz və Naxçıvan MR-də keçiriləcək.

İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlanır. 

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda 33315 (Bakıda 11943, Naxçıvanda 1543, Gəncədə 2242, Şəmkirdə 637, Qazaxda 656, Ağstafada 197, Sumqayıtda 1719, Abşeronda 1181, Mingəçevirdə 1295, Şəkidə 1424, Bərdədə 1781, Göyçayda 732, Kürdəmirdə 508, Şirvanda 911, Sabirabadda 969, Salyanda 1108, Lənkəranda 1726, Cəlilabadda 705, Qubada 343, Xaçmazda 1695) nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanda 70 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahanın idarə olunması üçün 141 ümumi imtahan rəhbəri, 400 imtahan rəhbəri, 3172 nəzarətçi, 418 buraxılış rejimi əməkdaşı və 141 bina nümayəndəsi ayrılıb.

Hazırda imtahanda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir

Aydan Ələkbərova

Haber akışı

30 iyun tarixində "Şəhidin səsi" proqramında Vətən müharibəsi şəhidi Aslan Rzayev yad ediləcək29.06.2025 - 10:20
Milli Kitabxanada professor Pənah Xəlilovun 100 illiyinə həsr olunmuş sərgi açıldı29.06.2025 - 10:10
Rezidentura imtahanında qayda pozuntusu: Bir nəfər mobil telefonla yaxalanaraq imtahandan xaric edildi29.06.2025 - 10:00
Rezidentura imtahanının ikinci cəhdi keçirildi – Bir nəfər imtahandan xaric edilib29.06.2025 - 09:50
İyunun 30-na gözlənilən hava proqnozu açıqlandı – Yağış, şimşək və leysan ehtimalı var29.06.2025 - 07:00
MDU tələbələri Dünya Robot Çempionatına vəsiqə qazandı – “MDU-SKYRIDERS” tarix yazdı29.06.2025 - 06:50
Bu gün DİM rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək29.06.2025 - 06:40
Bu gün DİM Azərbaycan dili fənni üzrə imtahan keçirəcək 29.06.2025 - 06:30
Təhsil eksperti Nadir İsrafilov vəfat edib28.06.2025 - 11:40
İyunun 29-da Azərbaycan dili fənni üzrə test imtahanı keçiriləcək 28.06.2025 - 10:05
MDU Riyaziyyat və İnformatika Sahəsində Yeni Kadrlar Axtarır28.06.2025 - 09:45
Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçiriləcək.28.06.2025 - 09:35
Türkiyədə ilk:Bahçeşehir Universitetində tar bölməsi açılır 28.06.2025 - 09:25
Ali təhsil müəssisələrində nəzəri biliklər üstünlük təşkil edir"28.06.2025 - 09:15
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsində təcrübə mübadiləsi proqramının birinci mərhələsi gerçəkləşdirilib28.06.2025 - 09:05
“ABB” Bankda “KOB Müştəri Meneceri üzrə” təcrübə proqramına müraciətlər başladı28.06.2025 - 08:55
Qismən akademik tanınma prosesinin müddəti uzadılıb28.06.2025 - 08:45
Şəki-Zaqatala Regionunda IX Sinif Məzunlarına Attestatların Verilməsinə Start Verildi28.06.2025 - 08:30
İyunun 29-na Gözlənilən Hava Proqnozu Açıqlanıb28.06.2025 - 08:20
Rezidenturaya Qəbul: Sabah 1286 Namizəd İmtahan Verəcək28.06.2025 - 08:10
Azərbaycan Dövlət İqtisad Universitetinin Məzun Günü keçirilib -FOTO 28.06.2025 - 08:00
İdarə müdiri Sənan Mənsimlinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib 28.06.2025 - 07:20
Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında Azərbaycanı təmsil edən məktəblilərimiz yüksək nəticələr əldə ediblər -FOTO 28.06.2025 - 07:10
Qəbələdə azyaşlı qız əməliyyatdan sonra vəfat edib 28.06.2025 - 07:00
BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsinin açılışı olub28.06.2025 - 06:45
Bu gün hava necə olacaq?28.06.2025 - 06:35
Əməkdar artist Rəhman Rəhmanov xəstəxanaya yerləşdirildi28.06.2025 - 06:25
Bu gün Barat Şəkinskayanın anadan olmasından 111 il ötür28.06.2025 - 06:15
Bu gün görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür28.06.2025 - 06:05
Sosial şəbəkədə yayılan suallardan imtahanda istifadə edilməyib - Rəsmi27.06.2025 - 14:10
Lənkəran Dövlət Universitetinin kollektivi yay gəzintisinə çıxıb - FOTO27.06.2025 - 11:23
Füzulidə 10-cu sinif şagirdi kanalda batdı, axtarışlar başladı - FOTO27.06.2025 - 11:02
Maqnit qasırğası başlayıb27.06.2025 - 10:46
Şəki-Zaqatala bölgəsində 745 məzun fərqlənmə attestatı alıb27.06.2025 - 10:35
“Bu artıq imtahan yox, səhnələşdirilmiş teatr tamaşasıdır” – Kamran Əsədov27.06.2025 - 08:50
DİN və Dövlət Komitəsi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib27.06.2025 - 08:11
Sudan Azərbaycandan tələbələr üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib27.06.2025 - 07:40
Ata və qızı sertifikatlaşdırma imtahanında yüksək bal toplayıb27.06.2025 - 06:35
Azərbaycanda zəlzələ olub27.06.2025 - 06:23
BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır27.06.2025 - 06:10
Bu gün hava necə olacaq?27.06.2025 - 05:59
BSU-nun Məzun  Günü tədbiri keçirilib26.06.2025 - 14:20
Şəhid Aslan Rzayevin xatirəsi “Şəhidin səsi”ndə yad ediləcək26.06.2025 - 14:10
Türkiyənin Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəsmisi azərbaycanlı tələbələrlə görüş keçirib - FOTO 26.06.2025 - 14:00
UNEC-də Dizayn təhsilində yeni mərhələ: Layihə əsaslı öyrənməyə keçid - FOTO 26.06.2025 - 13:50
“Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” mövzusunda ictimai müzakirə keçirilib - FOTO 26.06.2025 - 13:40
Azərbaycan universitetlərinin nümayəndələri İbn Tofail Universitetində rəsmi səfərdə olub - FOTO 26.06.2025 - 13:30
Könüllülük proqramı çərçivəsində fərqlənən gənclər təltif olunub - FOTO 26.06.2025 - 13:20