Təhsil 365 - Logo Mobile

DSX məktəbinin V sinfinə qəbul: Buraxılış vəsiqəsini çap edin

7107.04.2025 - 06:34
DSX məktəbinin V sinfinə qəbul: Buraxılış vəsiqəsini çap edin

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı aprelin 13-də keçiriləcək.

“Tehsil365” xəbər verir ki, şagirdlər və ya onların valideynləri “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilərlər. 

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:

- şәxsiyyәt vәsiqәsini (vəsiqədə şəkli olmayan şagirdlər tәhsil aldıqları tәhsil müәssisәsi tәrәfindәn verilәn arayışı (arayışa şagirdin 3x4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir));

- imtahana buraxılış vәrәqәsini.

İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...