Təhsil 365 - Logo Mobile

Bu imtahanlar elektronlaşdırılacaq - SİYAHI

7124.04.2025 - 11:35
Bu imtahanlar elektronlaşdırılacaq - SİYAHI

Bəzi imtahanlar elektronlaşdırılacaq.

“Tehsil365” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bütün dövlət qulluğuna dair imtahanlar elektron formatda keçirilir. Bu yaxınlarda peşəkar mühasib imtahanı da elektron variantda təqdim olunub. May ayında keçiriləcək peşəkar mühasib imtahanlarının da elektron formatda təşkili nəzərdə tutulur.

Növbəti mərhələdə isə rezidentura imtahanının da elektron formada keçirilməsi planlaşdırılır. Ardınca magistratura imtahanı və Azərbaycan dili – dövlət dili kimi – rus və ingilis dilli məzunlar üçün də elektron formata keçid ediləcək.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...