Təhsil 365 - Logo Mobile

“Koordinasion birləşmələrin tətbiqinin fiziki-kimyəvi əsasları” adlı dərs vəsaiti çapdan çıxıb

8224.04.2025 - 14:59
“Koordinasion birləşmələrin tətbiqinin fiziki-kimyəvi əsasları” adlı dərs vəsaiti çapdan çıxıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları professor Əli Zalov və dosent Hüsü İbrahimovun “Koordinasion birləşmələrin tətbiqinin fiziki-kimyəvi əsasları” adlı dərs vəsaiti Elmi şuranın qərarı ilə çapdan çıxıb.

Bu barədə “Tehsil365”ə kitabın “Ön söz”ünün müəllifi ADPU-nun Analitik və üzvi kimya kafedrasının müdiri professor Əli Zalov bildirib.

“ADPU-nun yeni tədris proqramlarına uyğun olaraq hazırlanmış dərs vəsaiti koordinasion kimyanın bir çox nəzəri məsələlərini özündə əks etdirir. Professor Hüseyn Qurbanov, dosentlər Kərim Quliyev və Ülviyyə Abasquliyevanın rəy verdikləri dərs vəsaiti kimya və biologiya ixtisasları üzrə təhsil alan tələbələr və doktorantlar, müəllimlər, elmi işçilər üçün dəyərli mənbədir”, - deyə Ə. Zalov əlavə edib.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...