Təhsil 365 - Logo Mobile

BDU-da Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqata inteqrasiyasına dair təlim keçirilib

7024.04.2025 - 16:48
BDU-da Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqata inteqrasiyasına dair təlim keçirilib

Bakı Dövlət Universitetində (BDU) ali təhsildə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tədris və tədqiqat proseslərinə effektiv inteqrasiyasını təşviq etmək məqsədilə növbəti təlim keçirilib.

BDU-dan “Tehsil365”ə verilən məlumata görə, universitetin Keyfiyyət Təminatı Mərkəzinin təşəbbüsü və rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasovun rəhbərliyi ilə keçirilən təlimdə iştirakçılara Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş 17 DİM-in ali təhsildə rolu, bu məqsədlərin tədris və elmi-tədqiqat fəaliyyətlərinə inteqrasiyası, eləcə də beynəlxalq təcrübədə tətbiq olunan qabaqcıl metodologiyalar haqqında ətraflı məlumat təqdim olunub.

Təlimin interaktiv formatı iştirakçılar arasında aktiv müzakirələrə imkan yaradıb. Müzakirələr zamanı BDU-nun strateji inkişaf istiqamətlərinin DİM-lərlə uzlaşdırılması, ali təhsildə keyfiyyət təminatı mexanizmlərinin davamlı inkişaf prinsiplərinə uyğunlaşdırılması və bu istiqamətdə qarşıda duran vəzifələr geniş şəkildə nəzərdən keçirilib.

Bu təşəbbüs BDU-nun ali təhsildə qlobal çağırışlara cavab verən, dayanıqlı və məsuliyyətli yanaşmanı dəstəkləyən institusional fəaliyyətinin mühüm bir hissəsi olaraq qiymətləndirilir.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...