Təhsil 365 - Logo Mobile

BANM ilə Sabancı Universiteti arasında əməkdaşlıq barədə razılıq əldə olunub - FOTO

8125.04.2025 - 07:20
BANM ilə Sabancı Universiteti arasında əməkdaşlıq barədə razılıq əldə olunub - FOTO

Avrasiya Ali Təhsil Sammiti və Sərgisində (EURIE 2025) iştirak edən SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov səfər çərçivəsində bir sıra əhəmiyyətli görüşlər keçirib.

Bu barədə “Tehsil365”ə BANM-dən məlumat verilib.

Elmar Qasımov Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Sabancı Universitetinin rektoru professor Yusuf Leblebici ilə görüşüb.

BANM-da yeni açılmış Data Analitikası ixtisası çərçivəsində kurikulumların hazırlanması, kadr potensialının gücləndirilməsi, professor-müəllim heyəti üçün təlimlərin təşkili, həmçinin dərsliklərlə təminat sahəsində əməkdaşlıq barədə razılıq əldə olunub.

Eləcə də Sabancı Universitetində təhsil alan BANM tələbələri Murad Əsədzadə və Sahib Rzayev ilə görüş olub.

Elmina Muxtarlı

Haber akışı

Şu anda haber akışın da haber yok...