Təhsil 365 - Logo Mobile

Milli Kitabxanada “Mikayıl Rəfili - 120” adlı kitab sərgisi açılıb

8625.04.2025 - 09:00
Milli Kitabxanada “Mikayıl Rəfili - 120” adlı kitab sərgisi açılıb

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ictimai və ədəbi-mədəni fikir tariximizin tanınmış siması Mikayıl Rəfilinin yubileyi münasibətilə Milli Kitabxanada “Mikayıl Rəfili – 120” adlı kitab sərgisi açılıb.

Kitabxanadan “Tehsil365”ə verilən məlumata görə, sərgidə Mikayıl Rəfilinin müəllifi olduğu əsərlər, dərs vəsaitləri, tərcümələri, redaktoru və ya tərtibçisi olduğu kitablar, “Ön söz” yazdığı nəşrlər, eləcə də onun həyat və yaradıcılığına dair ədəbiyyatlar, dövri mətbuatda dərc olunmuş məqalələr nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Elmina Muxtarlı

Haber akışı

Şu anda haber akışın da haber yok...