Təhsil 365 - Logo Mobile

6 əsr sonra aşkarlanan maraqlı TAPINTI

9627.04.2025 - 05:20
6 əsr sonra aşkarlanan maraqlı TAPINTI

İspan arxeoloqları Barselonanın keçmiş balıq bazarı ərazisində aparılan qazıntılar zamanı XV-XVI əsrlərə aid böyük orta əsr gəmisinin qalıqlarını tapıblar.

“Tehsil365” "The Guardian"a istinadən xəbər verir ki, 10 metr uzunluğunda və 3 metr enində olan gəmi dəniz səviyyəsindən 5 metr dərinlikdə qorunub saxlanılıb.

Taxta və dəmir mismarlar ilə bərkidilmiş gəmi gövdəsində 30-dan çox taxta "qabırğa" aşkarlanıb.

Alimlər qeyd edirlər ki, bu konstruksiya Aralıq dənizi orta əsr gəmiləri üçün xarakterikdir. Onlar ümid edirlər ki, bu tapıntı orta əsrlərdə gəmiqayırma texnologiyalarını daha yaxşı anlamağa kömək edəcək.

Elmina Muxtarlı

Haber akışı

Şu anda haber akışın da haber yok...