Təhsil 365 - Logo Mobile

Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü olacaq

8928.04.2025 - 08:11
Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü olacaq

Mayın 5-də SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Açıq qapı” günü keçiriləcək.

Ali məktəbdən “Tehsil365”ə bildirilib ki, tədbirdə ali təhsil almaq istəyən gənclərə BANM-in tədris proqramları, kafedraları və imkanları ilə yaxından tanış olmaq imkanı yaradılacaq. Kampus turu və məlumat sessiyaları sayəsində, BANM-in tədris mühiti və imkanları haqqında ətraflı məlumat veriləcək.

Tədbirə qatılmaq istəyənlərə öncədən qeydiyyatdan keçmələri tövsiyə olunur.

Qeydiyyatdan bu link vasitəsilə keçmək olar.

Elmina Muxtarlı

Haber akışı

Şu anda haber akışın da haber yok...