Aprelin 19-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli alim, astronom, riyaziyyatçı, tarixçi, ilahiyyatçı, hüquqşünas və görkəmli dövlət xadimi Nəsirəddin Tusiyə həsr olunmuş V-IX sinif şagirdləri arasında keçirilən fizika-riyaziyyat fənləri üzrə II fizika-riyaziyyat olimpiadasının nəticələri elan olunub.
“Tehsil365” xəbər verir ki, şagirdlər nmr.notetonotes.com saytına daxil olaraq iş nömrəsini qeyd etməklə öz nəticələri ilə tanış ola bilərlər.
Qeyd edək ki, final mərhələsi üzrə keçid balı fizika fənni üzrə VIII siniflərdə 60, IX siniflərdə 36, riyaziyyat fənni üzrə V siniflərdə 84, VI siniflərdə 80, VII siniflərdə 88, VIII siniflərdə 93, IX siniflərdə isə 36 bal müəyyənləşdirilib.
Müsabiqədə qalib olan şagirdlər haqqında məlumat yaxın günlərdə nazirliyin sosial şəbəkə hesablarında yerləşdiriləcək.
Məlumat üçün bildirəkki, olimpiada Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi, “Birbank” və “PAŞA Sığorta”nın sponsorluğu ilə təşkil olunub.