Təhsil 365 - Logo Mobile

Britaniya institutunun nümayəndələri BANM-də olublar - FOTO

7307.05.2025 - 08:30
Britaniya institutunun nümayəndələri BANM-də olublar - FOTO

Böyük Britaniyanın Mexanika Mühəndisləri İnstitutunun nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olublar.

BANM-dən “Tehsil365”ə bildirilib ki, “IMechE”nin Beynəlxalq Könüllülər Şəbəkəsinin Yaxın Şərq və Afrika üzrə sədri Dr. Məhəmməd Unib, “IMechE”nin Azərbaycan və Gürcüstan üzrə ölkə nümayəndəsi Ceyhun Əlizadə və “IMechE”nin Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Mehdi Mehdizadə üçün kampus turu təşkil olunub.

BANM-in tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova və strateji inkişaf üzrə prorektoru Güldənə Hidayətli ilə görüşdə Ali Məktəbin elmi-tədris mühiti, tələbə imkanları və mühəndislik sahəsində həyata keçirilən beynəlxalq əməkdaşlıqlar müzakirə olunub. 

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...