Təhsil 365 - Logo Mobile

Xəzər Universitetinin professorunun məqaləsi nüfuzlu türk jurnalında dərc olunub

8307.05.2025 - 10:45
Xəzər Universitetinin professorunun məqaləsi nüfuzlu türk jurnalında dərc olunub

Xəzər Universiteti Siyasi Elmlər və Fəlsəfə Departamentinin müdiri dosent Orxan Vəliyevin “Kıbrıs Sorunsalı ve Türk Dünyasının Geleceği” (“Kipr problemi və Türk dünyasının gələcəyi”) adlı məqaləsi Türkiyənin nüfuzlu aylıq “Kriter” jurnalının may 2025-ci il tarixli, 101-ci sayında dərc olunub.

“Tehsil365”in məlumatına əsasən, müəllif məqalədə Türk Dövlətləri Təşkilatının gələcək perspektivlərini, dünyada baş verən qlobal geosiyasi dəyişikliklərin Türk dünyasına təsirini, həmçinin informasiya və enerji siyasətindəki yeniliklərin milli suverenlik və dövlətçilik ənənələrinə mümkün təsirlərini təhlil edib.

Qeyd edək ki, “Kriter” jurnalı Türkiyədə və regionda geniş oxucu auditoriyasına malik nüfuzlu analitik nəşrlərdən biridir.

Ətraflı tanış olmaq üçün: Məqaləyə keçid


Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...