Təhsil 365 - Logo Mobile

ADMİU-nun tələbəsi Beynəlxalq Film Festivalında iştirak edib - FOTO

7107.05.2025 - 18:07
ADMİU-nun tələbəsi Beynəlxalq Film Festivalında iştirak edib - FOTO

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının magistr tələbəsi Pərviz Ələkbərli Türkiyənin Ege Universitetinin ev sahibliyi ilə baş tutan II Beynəlxalq Turan Film Festivalında iştirak edərək mükafat qazanıb.

Universitetdən “Tehsil365”ə bildirilib ki, film festivalı Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ege Universiteti, TÜRKSOY və Kino Baş Müdirliyinin əməkdaşlığı ilə təşkil edilib.

Festivalda ölkəmizi təmsil edən kino və televiziya rəngkarı Pərviz Ələkbərlinin quruluşçu rəssamı və animatoru olduğu “Nəfəs” filmi (rejissor: Elmar Bayramov) xüsusi juri mükafatına layiq görülüb.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...