Təhsil 365 - Logo Mobile

I sinfə qəbul: 100 minə yaxın uşağın prosesi tamamlanıb

7008.05.2025 - 09:40
I sinfə qəbul: 100 minə yaxın uşağın prosesi tamamlanıb

Mayın 6-dan etibarən Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsinə start verilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi(MÜTDA) “Tehsil365”ə bildirilib ki, bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

 Valideynlər www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə seçimlərini edə bilərlər.

 İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

– Alternativ qeydiyyat mərkəzlərinə

– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

 Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

 Valideynlərə qeydiyyat, seçim və müsahibə mərhələlərini vaxtında izləmələri tövsiyə olunur.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...