Təhsil 365 - Logo Mobile

Əbədiliyə doğru 102 addım - FOTO

8908.05.2025 - 15:00
Əbədiliyə doğru 102 addım - FOTO

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Tələbə Gənclər Təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Əbədiliyə doğru 102 addım” adlı tədbir keçirib.

Universitetdən “Tehsil365”ə bildirilib ki, tədbirdə çıxış edən Coğrafiya fakültəsinin dekanı professor Məqsəd Qocamanov Ulu Öndər Heydər Əliyevin tarixi şəxsiyyət olduğunu, Azərbaycan xalqının həyatında misilsiz xidmətlər göstərdiyini vurğulayıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik illərində elmin, təhsilin hamisi olub. Dahi rəhbər bu sahədə olan problemlərin aradan qaldırılması, Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün mühüm tədbirlər həyata keçirib, fərman və sərəncamlar imzalayıb. Ümummilli Liderin irsi bütün nəsillər üçün örnəkdir, daim gənclər üçün həyat məktəbi rolunu oynayır.

Sonra tələbələrin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, musiqi nömrələri və səhnəciklər təqdim olunub.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...