Təhsil 365 - Logo Mobile

UNEC-də “Heydər Əliyev və müstəqil Azərbaycan quruculuğu strategiyası” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO

9008.05.2025 - 15:40
UNEC-də “Heydər Əliyev və müstəqil Azərbaycan quruculuğu strategiyası” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən “Heydər Əliyev və müstəqil Azərbaycan quruculuğu strategiyası” adlı elmi-praktik konfrans keçirilib.

Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib.

Konfrans iştirakçıları öncə Fəxri xiyabanda Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Elmi-praktik konfransda UNEC-in rektoru professor Ədalət Muradov müstəqilliyimizin ilk illərində Azərbaycanı dərin iqtisadi böhrandan çıxaran Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətindən danışıb. Rektor Heydər Əliyev zirvəsinin hələ fəth edilmədiyini bildirib, Ulu Öndərin zəngin irsinin daha dərindən araşdırılaraq, layiqli əsərlər, eləcə də kitablar yazılmasının vacibliyini diqqətə çatdırıb.

İctimai-siyasi xadim, tarix elmləri doktoru Həsən Həsənov konfransda Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Ulu Öndərin Azərbaycanın beynəlxalq aləmdə tanınması, iqtisadiyyatın, mədəniyyətin, təhsilin inkişafında göstərdiyi misilsiz xidmətlərindən söz açıb.

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə qeyd edib ki, müasir müstəqil Azərbaycan tarixinin böyük bir dövrü - 34 ili görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. A.Rəhimzadə Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin keçdiyi inkişaf yolundan danışıb.

UNEC-in məsləhətçi professoru Arif Şəkərəliyev konfransda “Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan elminə töhfələri” mövzusunda çıxış edib.

Konfrans öz işini “Müasir əmək bazarının tələblərinə uyğun yeni nəsil iqtisadçıları: rəqəmsal dövrün çağırışları və fürsətləri”, “Maliyyə, bank, mühasibat və audit sisteminin gələcəyi: yeni trendlər və texnologiyalar”, “Azərbaycanda yeni biznes təfəkkürü və sahibkarlığın inkişafı”, “Gələcəyin mühəndisləri: innovativ texnologiyalar və süni intellektin tətbiqi” mövzularında bölmə iclasları ilə davam edib.

Konfrans çərçivəsində iştirakçılar Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş kitabların və Dizayn Məktəbinin tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...