Təhsil 365 - Logo Mobile

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ

8909.05.2025 - 12:55
9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ

2025-2026-cı tədris ili üzrə "Rəqəmsal Bacarıqlar" təmayüllü 10-cu siniflərə qəbul üçün qeydiyyat müddəti davam edir.

Bu barədə “Tehsil365”ə MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, proses 15 may tarixinə qədər //digitalskills.edu.az platforması vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, bu təmayül siniflərin şagirdlərinə İnformatika fənni həftədə 5 dəfə tədris edilir və bununla da onlar XXI əsr bacarıqları hesab edilən məntiq, alqoritmik düşünmə və digər yumşaq bacarıqlarını inkişaf etdirirlər.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...